Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 22:54
"Arsenal" futbolçuları klubun koronavirus pandemiyası ilə əlaqədar anti-böhran proqramını qəbul etməyiblər.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, "Arsenal" rəhbərliyi komanda avrokuboklara düşməsə, oyunçulara birillik maaşlarının 12,5%-dən imtina etmələrini təklif edib. "Topçular" Avropa Liqasına vəsiqə qazanacağı təqdirdə azalmanın 7,5% olması nəzərdə tutulub. Çempionlar Liqasında iştirak halında isə məhdudiyyətlər aradan qalxmalı imiş.
Təklif barədə ilk olaraq "Arsenal"ın Peşəkar Futbolçular Assosiasiyasındakı təmsilçisi Ektor Belyerin məlumatlandırılıb. Ümumilikdə, oyunçular qəti şəkildə rədd cavabı veriblər. Onlar avrokuboklardan uzaq düşəcəkləri təqdirdə kəskin gəlir itkisi ilə üzləşəcəklərini düşünürlər. Çünki əksər futbolçuların maaşı bonuslardan asılıdı.
Premyer Liqada 28 turdan sonra aktivində 40 xalı olan "Arsenal" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.