Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qrizmannla Martinesi dəyişmək istəyirlər

Qrizmannla Martinesi dəyişmək istəyirlər

Tarix: 14 Aprel 2020 18:56

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Qol.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu "İnter"in hücumçusu Lautaro Martinesi transfer etmək istəyir.

Milan təmsilçisinin 22 yaşlı oyunçunu satmaq niyyətində olmadığı, lakin futbolçu özü komandadan ayrılmaq istədiyi bildirilir.

O da qeyd olunub ki, "İnter" "Barselona"nın hücumçusu Antuan Qrizmannın qarşılığında Martinesi Kataloniya klubuna verməyə hazırdır.  Martinesin transfer qiyməti 111,  Qrizmannın isə 120 milyon avrodur.

Qeyd edək ki, 2018-ci ildən "İnter"də çıxış edən Martinez bu mövsüm 22 oyuna 12 qol vurub və 3 qolun ötürməsini verib. Ötən il "Atletiko"dan "Barselona"ya transfer olunan Antuan Qrizmann isə cari mövsümdə  26 matça çıxaraq 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

 


Etiketlər:  Qrizmannla Martinesi dəyişmək istəyirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ