Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2019 01:28
“Mançester Siti” futbolçusu İlkay Gündoğanı komandada saxlamağa qərar verib.
Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, “şəhərlilər” türk əsilli futbolçunu transferə çıxaramayacaq.
“Mançester Siti” ilə yeni müqavilə ilə bağlı razılığa gəlməyən Almaniya millisinin üzvü 2020-ci ildə - sözləşməsi başa çatdıqdan sonra azad agent statusu ilə digər kluba keçə bilər. Buna baxmayaraq, “Siti” futbolçusunu komandada saxlamağı üstün tutub. Ona yeni müqavilə təklif ediləcəyi bildirilir.
Xatırladaq ki, İ.Gündoğanla "Bavariya", "Borrusiya" (Dortmund) və "Yuventus"un maraqlandığı iddia olunur.