Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 00:33
Yaponiyalı həkimlər orqanizmdə koronavirusun yayılmasının qarşısını alan dərman tapmağa nail olublar. Bu, İİÇV-infeksiyasının müalicəsi zamanı istifadə olunan nelfinavir preparatıdır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, alimlər dərmanın təsiredici maddəsinin COVID-19 virusuna reaksiyasını təhlil ediblər və törədicinin replikasiya fəallığının azalmasını aşkarlayıblar. Onların fikrincə, bu dərmanın koronavirus xəstələrinə təsirini hələ testləşdirmək lazımdır, lakin preparat risk qrupunda olan bir çox pasiyentlərin xilası ola bilər.
Aprelin 12-nə olan məlumata görə, dünyada bu qorxulu xəstəliyə 1,7 milyondan çox insan yoluxub.