Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əvvəl yerli liqalar, sonra avrokuboklar – FİFA rəsmisi təsdiqlədi

Əvvəl yerli liqalar, sonra avrokuboklar – FİFA rəsmisi təsdiqlədi

Tarix: 15 Aprel 2020 11:42

Aprelin 22-də UEFA üzvü olan 55 milli assosiasiyanın, qurumun İcraiyyə Komitəsi üzvlərinin iştirakı ilə növbəti videokonfrans keçiriləcək.

Qol.az-ın “Footbal İtalia”ya istinadən yaydığı xəbərə görə, bu barədə FİFA Şurasının üzvü Evelina Kristillin məlumat verib. Konfransda hazırkı mövsümün yekunlaşdırılması ilə bağlı məsələlər müzakirə ediləcək.

O, həmçinin Avropa kuboklarının yerli liqalardan sonra oynanılacağı barədə xəbərləri təsdiqləyib:  “Bildiyimə görə, UEFA və Avropa Klublar Assosiasiyası yol xəritəsi hazırlayıb. Buna əsasan Çempionlar Liqası və Avropa Liqasının matçları yerli liqalar başa çatdırıldıqdan sonra davam etdiriləcək”.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən UEFA avrokubok matçlarını 1/8 finaldan etibarən dayandırıb.

FİFA rəsmisi onu da deyib ki, Avropanın beş böyük liqası oyunları ən tez müddətdə bərpa etmək istəyir: “Amma bu, hökumətlərın qərarından sonra mümkün olacaq. Biz indi ilk növbədə insanların sağlamlığı və təhlükəsizliyini düşünməliyik”.

 


Etiketlər:  Əvvəl yerli liqalar sonra avrokuboklar FİFA rəsmisi təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ