Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada 3 400 nəfərə yaxın koronavirusa yoluxma qeydə alındı

Rusiyada 3 400 nəfərə yaxın koronavirusa yoluxma qeydə alındı

Tarix: 15 Aprel 2020 11:44

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 3 388 nəfər koronavirusa yoluxub. Daha 28 nəfər isə virusdan həyatını itirib.

Bu günə qədər Rusiyada 24 490 nəfər koronavirusa yoluxub, infeksiyadan ölənlərin sayı 198 nəfərə çatıb.

Ümumilikdə, 1 986 nəfər sağalıb, 22 306 nəfərin müalicəsi davam edir.


Etiketlər:  Rusiyada nəfərə yaxın koronavirusa yoluxma qeydə alındı


RƏYLƏR