Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çempionat sona çatdırılmalıdır, təslim olmayacağam''

''Çempionat sona çatdırılmalıdır, təslim olmayacağam''

Tarix: 15 Aprel 2020 14:42

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina koronavirus pandemiyasına görə dayandırılan A Seriyasının bərpası haqda danışıb.

Qol.az xəbər verir ki, qurum rəhbəri "Football Italia"ya açıqlamasında çempionatın başa çatdırılmalı olduğunu deyib:

“Mən elmə hörmət edirəm, amma təslim olmayacağam. İtaliya həyata qayıdanda, digər setorların fəaliyyəti üçün münasib şərait olanda, futbol da qayıdacaq.  Bir daha deyirəm ki, çempionat sona çatdırılmalıdır, vaxt var. Hökumət, liqa, həkimlər - hamımız birlikdə qərar verəcəyik. Mövsümün bərpa olunmasından bütün sistemimiz faydalanacaq".

Qravina çempionatın qalan oyunlarının eyni şəhərdə keçirilməsi xəbərinə da aydınlıq gətirib: “Oyunların ölkənin şimalından kənarda keçirilməsi mümkündür, amma eyni şəhərdə yox. Biz istirahət günlərində eyni meydanda 10 matç keçirə bilmərik. Bizə 20 idman qurğusu lazımdır”.

 

 


Etiketlər:  Çempionat sona çatdırılmalıdır təslim olmayacağam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ