Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 14:28
Bakı. Trend:
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen koronavirus pandemiyası fonunda Avropa İttfaqı ölkələrinin İtaliyaya vaxtında kömək edə bilməməsinə görə üzr istəyib.
Trend-in məlumatına görə, o, bu fikirləri Avropa Parlamentinin onlayn sessiyası zamanı səsləndirib.
Ursula Fon der Lyayen bildirib ki, heç kim buna hazır deyildi:
"Doğrudur ki, biz İtaliyanın köməyə ehtiyacı olan zaman cavab verə bimədik. Buna görə, bütün Avropa üzr istəyir. Amma üzrxahlıq o zaman qəbul olunur ki, siz davranışınızı dəyişəsiniz".
O vurğulayıb ki, Avropa İttifaqı və Avropa Komissiyası artıq davranışını dəyişib və indiki şəraitdə Aİ-nin tərkibində günahkar axtarışlarını dayandırmaq lazımdır.