Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2019 16:00
İspaniya millisinin sabiq üzvü Xose Antonio Reyes avtomobil qəzasında ölüb.
Qol.az-ın xəbərinə görə, bu barədə onun sabiq klublarından olan "Sevilya"nın rəsmi "Tvitter" səhifəsi məlumat yayıb.
Qeyd edək ki, 35 yaşında dünyasını dəyişən Reyes İspaniya təmsilçisinin yetirməsi idi. O, karyerası ərzində "Sevilya" ilə yanaşı, "Arsenal", "Real, "Atletiko", "Benfika", "Espanyol", "Kordova", "Sinzyan Tyanşan Leopard" və son olaraq "Estremadura"da oynayıb. Reyes 5 Avropa Liqası, 1 Premyer Liqa, 1 La Liqa olmaqla ümumilikdə, 11 kubok qazanıb. O, İspaniya millisində isə 22 matçda iştirak edib.