Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 17:58
ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi azərbaycanlı kikboksçu Pərviz Abdullayev olub.
Sonxeber.net bildirir ki, kikboksçu "Survivor" yarışması ilə bağlı yaranan bütün sualları cavablandırıb:
"Mənim yarışmanı tərk edəcəyimə Acun bəy başda olmaqla heç kim inanmırdı. Heç gözləmədiyim halda Elif adımı yazdı. Yarışmanı tərk edən zaman Elifi kənara çəkib, "bunu səndən gözləmirdim" dedim. O da mənə açıqlamasında qeyd etdi ki, sənin səsvermədə çox səs yığıb qalacağını düşündüyüm üçün adını dedim. Halbuki Elif müsahibəsində, performansımın son həftədə zəif olduğunu və o səbəbdən Pərvizin adını dedim deyə qeyd edir. Mən orada da qeyd etdim ki, əgər bir yarışmada Ezgiyə məğlub olacamsa, bundan sonra mənim orada yarışmağımın mənası yoxdur".
Daha ətraflı sözügedən sujetdə: