Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 18:04
"Real"ın hücumçusu Luka Yoviç prokurorluğa çağırılıb.
Sonxeber.net Apasport.az-a istinadən, buna səbəb serbiyalı forvardın koronavirus pandemiyası ilə bağlı karantin qaydalarını pozmasıdır.
Ötən ay icazəsiz Belqraddan Madridə uçan və sevgilisinin ad gününə qatılaraq şəkillər paylaşan Yoviç Belqrad prokurorluğuna ifadə verəcək. O, pul cəriməsi və ya 3 ilə qədər həbs cəzası ilə üzləşə bilər.
Qeyd edək ki, Luka Yoviç karantin qaydalarını pozduqdan sonra 28 gün təcrid vəziyyətində evdə qalıb.