Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siyəzəndə karantin qaydalarını pozan 120 nəfər məsuliyyətə cəlb edilib - FOTO

Siyəzəndə karantin qaydalarını pozan 120 nəfər məsuliyyətə cəlb edilib - FOTO

Tarix: 16 Aprel 2020 18:06

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, polis əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər aparmaqla onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırırlar.

Sakinlərdən lüzumsuz yerə yaşayış yerlərini tərk etməməyi, zərurət olduğu halda isə təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyi tələb edən şöbə əməkdaşları, hər kəsə "Evdə qal" kompaniyasına qoşulmalarının zəruriliyini bildirirlər. Həmçinin xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə əlaqədar rayonun giriş və çıxışlarında yaradılmış müvəqqəti postlarda sürücülər saxlanılır və müvafiq sənədləri yoxlanılır.

Bu tədbirlərlə yanaşı, xüsusi rejim çərçivəsində polis əməkdaşları tərəfindən müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, eləcə də rayon və kəndlər arasında lüzumsuz yerə nəqliyyat vasitələri idarə edən sürücülər də aşkarlanıb.

Belə ki, xüsusi karantin rejiminin tələblərini pozan 120 vətəndaş barəsində RPŞ-nin əməkdaşları tərəfindən İXM-nin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunaraq, həmin şəxslər məsuliyyətə cəlb olunublar. Bu tədbirlər şöbə əməkdaşları tərəfindən xüsusi karantin rejimi bitənədək davam etdiriləcək.


Etiketlər:  Siyəzəndə karantin qaydalarını pozan nəfər məsuliyyətə cəlb edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ