Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 20:56
Google şirkəti şəxsi prosessoru ilə işləyəcək smartfon və notbuk istehsal edəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, prosessor 2021-ci ildə istehsal oluna bilər.
İnsayderlərin fikrincə, bu addım Google-la Apple şirkətilə daha yaxşı rəqabət aparmağa təkan verəcək. Qeyd edək ki, Apple smartfonlarını öz çipi vasitəsilə istehsal edir.
Əgər prosessorun istehsalı reallaşsa, Google məhsullarından aktiv istifadə etdiyi Qualcomm şirkətilə vidalaşacaq.
Mətbuatda yayılan məlumatlara əsasən, prosessor "Whitechapel" adını alacaq və Samsung kimi 5 nanometr texprosessorda hazırlanacaq.
Proqnoza görə, prosessordan gələn il Pixel smartfonlarında istifadə etmək mümkün olacaq.