Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada ağrıları virtual reallıq AR və VR-də ötürmək üçün cihaz yaradıldı

Rusiyada ağrıları virtual reallıq AR və VR-də ötürmək üçün cihaz yaradıldı

Tarix: 16 Aprel 2020 23:44

Tomsk Dövlət Universitetinin radiofizikləri virtual reallıqda ağrı, qıdıq və yanma hissləri ötürən cihaz yaradıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu texnologiyadan onlayn oyunlarda istifadə etmək olar.

Bu gün VR-də əks əlaqə üçün elektrik stimullaşdırılması və ekzoskeletlərdən istifadə olunur. Yeni texnologiya elektrik stimullaşdırılması əsasında işləyir. Cihaz elektrik impulsları ilə əzələlərə deyil, insan dərisinə təsir göstərir.

"Hanısa cismə toxunduqda, bu təsirin görüntüsü artıq beyində saxlanılır. Daxil olan siqnal işlənir, beyin onu mövcud olanlarla müqayisə edir və toxunma hissini tamamlayır", - deyə layihə müəllifi Andrey Kostornoy bildirib.

Alimlər cihaza insanın hərəkət illüziyasını, məsələn, bir ağcaqanadın insan dərisinə toxunuşunu və ya onun bədəninə rəsm çəkilmə hissini əlavə etmək üzərində işləyirlər. Bundan əlavə, həmin cihazda siqnal-kod rabitə sistemlərindən istifadə etməklə oyunçulara robotlarını idarə etməyə imkan yaradılacaq.

Texnologiyanı sınaqdan keçirərkən 20 nəfər virtual məkanda ağrını hiss edib.

Milli.Az


Etiketlər:  Rusiyada ağrıları virtual reallıq ötürmək üçün cihaz yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ