Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 12:05
Əməkdar artist Cavanşir Məmmədov "Səni axtarıram" proqramının virtual qonağı olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, verilişə evindən görüntülü bağlanan sənətçi xanımı Xalidə barədə danışıb.
Aparıcı Xoşqədəm Hidayətqızının "O qadına çox əziyyət vermisən. Gecə-gündüz orda-burda olmusan, o qadın uşaqları tək böyüdüb", - deməsinə qarşı tərəf belə cavab verib:
"Bir ona sual ver ki, bu kişinin ikinci arvadı olub, ya yox? Mən ikiarvadlılara pis baxmıram. Amma xanımıma, ailəmə yaxşı baxmışam. Darıxanda qudama zəng vururam, onunla danışıram".
Efirdə qonaqlar sənətçinin şadlıq sarayından proqrama qoşulduğunu desələr də, X.Hidayətqızı C.Məmmədovun şəxsi evinin olduğunu açıqlayıb. Əməkdar artist isə evini göstərmək istəməyib:
"Evi göstərmək lazım deyil. Belə şeyin tərəfdarı olmamışam. Bu günədək əlavə gəlirim olmayıb. 46 ildə tək qazancım bu ev olub. Villa sahibləri var, onları göstərin".