Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 18:36
"Bavariya" vingeri Kinqsli Komanı cəzalandırıb.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, Koman komanda daxilində mövcud avtomobildən istifadə qaydalarını pozduğuna görə cərimələnib.
"Bavariya" "Audi" ilə əməkdaşlıq edir. 23 yaşlı futbolçu isə məşqə sözügedən şirkət tərəfindən təqdim olunmuş avtomobillə yox, "McLaren"də gəlib.
"Mənə verilmiş avtomobildən istifadə etmədiyim üçün klubdan və "Audi"dən üzr istəyirəm. Sadəcə, mənim "Audi"min güzgüsü sınmışdı. Bununla belə, səhv məndədi", - deyə Koman qeyd edib.