Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 20:00
Koronavirusa yoluxan insanın immun sistemi bəzi hallarda kəskin reaksiya verə bilər ki, bu da fəsadlara səbəb ola bilər.
Sonxeber.net xəbər verir ki, bu barədə Rusiya Prezident Administrasiyası xəstəxanasının onkoloq-cərrahı Andrey Atroşenko məlumat verib. Onun sözlərinə görə, immun sisteminin "sitokin fırtınası" adlanan reaksiyası "fəsadlar, o cümlədən reanimasiya" ilə nəticələnə bilər.
"Bu xəstəliyin hücumu immunitet reaksiyasındadır. Özünü yaxşı hiss edən bir insanı qəbul edirəm. Ağciyərlərində KT müayinəsi də nisbətən normaldır. Üç-dörd gündən sonra xəstə reanimasiya vəziyyətinə düşəcək qədər pisləşir ", - deyə Atroşenko qeyd edib.
Xatırladaq ki, bənzər açıqlamanı Təl-Əviv Universitetinin professoru Yehuda Şenfeld də Sankt-Peterburq Dövlət Universitetinin təşkil etdiyi "Virusologiyanın beşiyi" adlı onlayn konfransda açıqlamışdı./Publika.az