Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2020 08:00
Bakı. Trend:
Qazaxıstanda yeni növ koronavirusa daha 45 nəfər yoluxub.
Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə,yeni yoluxma halları Turkestan vilayəti (1), Almatı şəhəri (9), Atırau vilayəti (4), Cambul vilayəti (4), Qərbi Qazaxıstan vilayəti (6), Pavlodar vilayəti (2), Nursultan şəhəri (4), Karaqanda vilayəti (2), Şımkent şəhərində (11) qəydə alınıb.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1591 nəfərə çatıb.
Bildirilir ki, ən çox yoluxma halları Nur-Sultan (350) və Almatı (504) şəhərlərində qeydə alınıb.