Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyadan Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın NƏZƏRİNƏ

Rusiyadan Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın NƏZƏRİNƏ

Tarix: 20 Aprel 2020 08:15

Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə göstərilən səylər çərçivəsində Azərbaycan və Rusiya arasında dövlət sərhədi müvəqqəti olaraq bağlanmış və Azərbaycan Respublikasının bir sıra vətəndaşları məcburən Rusiya Federasiyası ərazisində qalmışlar.

Onların vətənə qayıdışını təşkil etmək məqsədi ilə cari ilin 18 aprel tarixindən www.evegedirem.info portalı fəaliyyətə başlamışdır. Burada Azərbaycan vətəndaşları onlayn qeydiyyatdan keçərək elektron növbə ardıcıllığı əldə edirlər ki, həmin ardıcıllığa uyğun olaraq da vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri müəyyən edilir.

Bununla əlaqədar, Səfirliyin qaynar xəttinə qeydiyyatdan keçirilmək xahişi ilə çoxsaylı zənglər daxil olur. Bildiririk ki, 18 aprel 2020-ci il saat 10:00-dan etibarən Səfirlik sözügedən saytda Azərbaycan vətəndaşlarının qeydiyyatını aparmır. Azərbaycana getmək istəyən hər bir vətəndaş ŞƏXSƏN müvafiq sahələri doldurmalı və sıra nömrəsini almalıdır.


Etiketlər:  Rusiyadan Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın NƏZƏRİNƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ