Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 13:25
Əkiz bacılardan biri, müğənni Sevil Səfərovanın ərə getməsi xəbəri yayılıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi naxçıvanlı iş adamı ilə nikaha girib. Əkizlər bunla bağlı məsələyə münasibət bildiriblər. Onlar toy xəbərinin yalan olduğunu iddia ediblər:
"Səhər-səhər bizi yuxudan gözəl xəbərlə oyadıblar. Sən demə, Sevilin toyu olub. Amma bu xasiyyətlə səni çətin kimsə ala, Seva. Allah ağzınızdan eşitsin. İnşallah, doğru olsun. O iş adamı kimdirsə, deyin, karantində ailəyə baxsın. Kimdirsə, onu mənə çağırın gəlsin".
Qeyd edək ki, ifaçının ərə getmə xəbərini "Qafqazinfo" saytı yazıb. Bildirilib ki, Sevilin nikahı evdə, ailə arasında baş tutub.