Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vilayət Eyvazovdan həbs edilmiş qadının yanında olan üç yaşadək uşağı ilə bağlı QƏRAR

Vilayət Eyvazovdan həbs edilmiş qadının yanında olan üç yaşadək uşağı ilə bağlı QƏRAR

Tarix: 20 Aprel 2020 13:46

Daxili İşlər naziri, general-polkovik Vilayət Eyvazov tutulmuş və ya həbs edilmiş qadının yanında olan üç yaşınadək uşaqla bağlı məhkəmə vəsatəti qaldırmasında dəyişikliyi nəzərdə tutan qərar imzalayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat"ın 11.4.9-cu bəndinə dəyişiklik edilib.

Həmin bənd tutulmuş və ya həbs edilmiş qadının yanında olan üç yaşınadək uşağına qayğı göstərilə bilməməsi ilə bağlıdır.

Bu zaman qadın uşağın qanunla müəyyən edilmiş qaydada qohumlarına verilməsi, bu mümkün olmadıqda isə uşaqlar üçün sosial xidmət müəssisələrinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər.

Sənədin bundan əvvəlki variantında isə müvafiq hallar üçün üç yaşınadək uşaqların qohumlarına və uşaq müəssisələrinə verilməsi üçün vəsatət qaldırılması nəzərdə tutulurdu.


Etiketlər:  Vilayət Eyvazovdan həbs edilmiş qadının yanında olan üç yaşadək uşağı ilə bağlı QƏRAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ