Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 19:50
Cari mövsümün göstəricilərinə əsasən, "Barselona"nın hücumçusu Lionel Messi La Liqanın ən yaxşı driblinqçiləri siyahısında dördüncüdü.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, sıralamaya "Atletiko"nun yarımmüdafiəçisi Tomas Partey (driblinq cəhdlərinin 81,8%-də uğurlu olub) başçılıq edir. "Vilyarreal"ın xavbeki Andre Zambo-Anqissa (80,1%) ikincidi. "Barselona"nın orta sahə oyunçusu Frenki De Yonq (74,5%) üçüncü sırada qərarlaşıb.
De Yonqun komanda yoldaşı Lionel Messi 67,3%-lik uğurlu driblinq göstəricisi ilə "ilk üçlük"dən kənar qalıb.