Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 03:36
Bakı. Trend:
İsraildə keçirilən parlament seçkilərində ən çox səs toplayan rəqib partiyalar "Likud" və "Kaxol-Lavan" koalisiya haqqında razılaşma imzalayıblar.
Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, razılaşma baş nazir Benyamin Netanyahu və parlamentin spikeri Beni Hans tərəfindən imzalanıb.
Razılaşmaya əsasən, 1,5 ildən sonra baş nazir vəzifəsini B.Hans icra edəcək.