Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 12:22
"Sabah" Cənubi Afrikanın "Orlando Pirates" klubunun futbolçusu Vinsent Pule ilə maraqlanır.
Sonxeber.net qol.az-a istinadən əbər verir ki, Bakı təmsilçisi 28 yaşlı hücumçunu transfer etməyi planlaşdırır.
Nəşr yazıb ki, "Sabah" digər cənubi afrikalı oyunçu Hendrik Ekşteyni aldıqdan sonra bu ölkənin futboluna maraq göstərir və futbolçularını izləyir.
Bildirilib ki, "Orland Pirates"in oyunçu üçün rəsmi təklif gəldikdə qəbul edib-etməyəcəyi hələlik bəlli deyil.
Xatırladaq ki, .Ekşteyn ötən ilin yayında "Sabah"la 2 illik müqavilə bağlayıb. Amma o, qış fasiləsində klubdan ayrılaraq "Səbail"ə keçib.