Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atəşgah Həyat” SŞ-dən “Antikoronavirus” məhsulu

“Atəşgah Həyat” SŞ-dən “Antikoronavirus” məhsulu

Tarix: 21 Aprel 2020 12:45

Bakı. Trend:

COVİD-19 pandemiyasının dünyada və ölkəmizdəki fəsadlarının gündəlik həyat tərzimizə, iqtisadiyyata neqativ təsirini, həmçinin minimal ehtiyaclarımızı qarşılamaq üçün normal əmək fəaliyyətimizi əngəlləməsini nəzərə alaraq “Atəşgah Həyat” SŞ insanların maddi itkisini minimallaşdırmaq üçün yeni unikal sığorta məhsulunu təqdim edir.

“Atəşgah Həyat” SŞ-nin təqdim etdiyi yeni məhsul yoluxma riskinin yüksək olduğu mühitdə COVİD-19 infeksiyası ilə bağlı itirə biləcəyimiz gəlirlərin əvəzinin ödənilməsini nəzərdə tutur. Könüllü Həyat Sığortasına aid olan bu məhsul barədə qeyd olunan linkə keçid edərək ətrafı məlumat eldə etmək olar: https://ateshgah.com/az/retail-customers/antikoronavirus/

Onlayn iş rejiminə keçən “Atəşgah Həyat” Sığorta Şirkət xüsusi karantin müddətində müştərilərin “Antikoronavirus” məhsulunu (+994) 55 254 80 10 Whatsapp nömrəsi üzərindən rahatlıqla əldə etməyə, ödənişi isə onlayn və ödəmə terminalları vasitəsi ilə həyata keçirməyə şərait yaradıb.

Bununla yanaşı, müştərilərin rahatlığı üçün Şirkət “Telegram” platformasında xüsusi “Çat-Bot” istifadəyə verib. http://t.me/AteshgahBot. Müştəri “AteshgahBot” vasitəsi ilə məhsul haqqında ilkin məlumatla tanış olub özü haqqında qısa məlumatı qeyd edərək

asanlıqla sığorta məhsulunu əldə edə bilər.
Yüksək etibarlılıq imicinə malik “Atəşgah Həyat” Sığorta Şirkəti 1998-ci ildən fəaliyyət göstərir.


Etiketlər:  Atəşgah Həyat dən Antikoronavirus məhsulu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ