Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın elektron florası hazırlanır

Azərbaycanın elektron florası hazırlanır

Tarix: 21 Aprel 2020 18:50

"Hazırda Azərbaycanın elektron florasının hazırlanması istiqamətində məqsədyönlü işlər aparılır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə deyib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan florasının təbii, ksenofit və adventiv vaskulyar (damarlı) bitkilərinin mövcud müasir təsnifat və nomenklaturaya uyğun məlumat siyahısı tərtib olunur.

V.Əlizadə mövcud rejim ilə əlaqədar olaraq institutun 2020-ci il üçün təsdiq edilmiş elmi-tədqiqat planına uyğun eksperimental işlərin davam etdirilməsinin qeyri-mümkün olduğunu söyləyib:

"Lakin əməkdaşlar eksperimental nəticələrin təhlili, məqalələrin işlənilməsi, yeni ədəbiyyat materialları üzrə müvafiq xülasələrin hazırlanması və s. kimi nəzəri işləri yerinə yetirirlər".

Milli.Az


Etiketlər:  Azərbaycanın elektron florası hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ