Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda karantin qaydalarını pozan kafe sahibi və müştərilər cərimələndi

Lənkəranda karantin qaydalarını pozan kafe sahibi və müştərilər cərimələndi

Tarix: 22 Aprel 2020 11:51

Bakı. Samir Əli - Trend:

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonunun Bürcəli kəndində yerləşən “Xanbulan” kafesinin xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Obyektə baxış zamanı orada olan kafenin sahibi Həsən Salayev və Lənkəran sakini olan 5 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


Etiketlər:  Lənkəranda karantin qaydalarını pozan kafe sahibi müştərilər cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ