Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabah Bakıda intensiv yağış yağacaq

Sabah Bakıda intensiv yağış yağacaq

Tarix: 22 Aprel 2020 13:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 23-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Arabir güclənən şmal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq.

Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək Nisbi rütubət 75-85 % olacaq.

Aprelin 23-də Azərbaycanın rayonlarında isə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.


Etiketlər:  Sabah Bakıda intensiv yağış yağacaq


RƏYLƏR