Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2020 15:02
"Feyenoord" baş məşqçisi Dik Advokatla müqaviləni yeniləyib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
72 yaşlı mütəxəssisin sözləşməsi 2021-ci ilin yayına qədər uzadılıb. Advokat 2019-cu ilin oktyabr ayından "Feyenoord"u çalışdırır. Onun komandası Erediviziyada 25 turdan sonra 50 xalla 3-cü sırada qərarlaşıb.