Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2020 19:30
"Virusun lipid qatını əridən turş yeməklərdir: turş limon, avokado, sarımsaq, ananas,kivi, portağal.
İmmuniteti virusa qarşı möhkətlətmək üçün tövsiyyə etdiyim qidalarla qidalanmaq sizi və ailənizi nəinki koronavirusdan, bir çox digər xəstəliklərdən qorumuş olar"
Sonxeber.net medicina.az-a istinadən əslən Cənubi Azərbaycandan olan, Almaniya "Beynəlxalq Humanitar Tibbi yardım" təşkilatının Azərbaycan üzrə rəhbəri, Amerika MİR humanitar tibbi cəmiyyətinin rəhbəri, professor Ağabəy Azərbaycani koronavirusa qarşı qida tövsiyələrini təqdim edir:
Koronavirus epidemiyası başlayanda türkiyəli həkimlərin "virusa qarşı kəllə paça yeyin" məsləhətinin nə dərəcədə düzgün olub-olmamasına Ağabəy Azərbaycanı bunları dedi:
" Kəllə -paça, xaş hara, koronavirus hara? Bunlar düzgün fikirlər deyil.
Kəllə paçanın yağı çoxdur. Virus əksinə səthi yağlıdır, yağdan xoşu gəlir. Yağ onu qidalandırır. Amma kəllə-paçada kollagen çox olduğu üçün sümük və qığırdaqlara yaxşı təsir edir.
Virusu aradan götürən turşudur, sitrusdur, səbzədir.
Professorun antivirus qidalar onluğuna bunlar daxildir:
- Papaya -ən çox vitamin C mənbəyi bu meyvədədir. Günlük C vitamini dozası bu meyvədə yetərli qədərdir. Bakıda da axtarsaz, tapa bilərsiz. Qüvvətli əzələ kütləsi artırır, A, B, fol turşusu var.
- Sarımsaq, soğan - soyuqdəymə, iltihab, viruslu xəstələr xolesterolu, təzyiqi normallaşdırır, parazitləri öldürür.
- Yaşıl çay - flavonoidlərlə zəngindir. Və Epigallocoachin gallete BUNA (AGCG) deyirlər, çox qüvvətli antioksidandtdır.
Mən özüm qara çay içmirəm. Çünki o zərərlidir, immuniteti zəiflədir. Yaşıl çay isə fermentə ve oksidə olmur, nəticədə immuniteti qaldırır. L tiamin isə mədə və mədəaltı vəzidə somatoestatinin hasilinə (ifrazina)kömək edir. Bu təsirlə mədəaltı vəzidən qaynaqlanan insulin hasilini tənzimləyir.
- Brokkoli -bir kələm ailəsindəndir. Çoxlu vitamin və mineralı var. Bütün xəstəliklər, hətta xərçənglə mübarizə aparır. Gərək brokolini ya çiy, ya da bir az isti suda pörtlədib yeməlisiz. Sərbəst radikalları zərərsizləşdirir.
Ağciyərlər, döş qəfəsində infeksiyanı aradan qaldıraxda, damarların təmizlənmasine komakedir
Kollagen yaradır, sümüklərimiz, dərimiz üçün vacibdir.
- Zəncəfil - iltihab əleyhinə təsir edir. Boğaz ağrısı, badamcıqların iltihabını, sümük ağrısını azaldır. Qusmaya, ürəkbulanmaya qarşı təsirlidir. Toksinləri çıxarır. Xolesterolu salır, İmmuniteti qaldırır. Viruslara qarşı davamlı edir.
- İspanaq - kalsium, maqnezium, dəmir A vitamini, beta karotinlə zəngindir. İltihab əleyhinədir, immun sistemi artırır, təzyiqi sala bilir. Salatlarda çiy halda yeyilməlidir. Küküdə isə çox az odda, xəfif bişirilməlidir.
- Sitrus meyvələr - malyariyada, virus xəstəliklərində orqanizmə kömək edirlər. Oksedativ stresi aradan qaldırırlar.
-- Qırmızı bolqar bibər - ən xeyirli bibərdir. Portağaldan 2 dəfə çox vitamin C var. Həmçinin ağciyərlər üçün faydalı beta karotin var. Xərçənglə mübarizə aparır.
- Alma - fərqi yoxdur yaşıl, qırmızı. Onlarda olan pektin mədə-bağırsaqda probiotik təsir göstərir.
Bilirsiz ki, bağırsaqlarımızda 80 milyard faydalı bakteriyalar var. Onları çoxaltmaq lazımdır. İmmuniteti da onlar qaldırır. Hər kəs axşam bir ədəd alma yesə, mədə-bağırsağa çox kömək edir.
- Ən gözəl yeməklərdən biri çox enerji verən tutlardır. Xar tut, qırmızı tut, ağ tut - çox vitaminlidir. C vitamini ilə zəngindir, antioksidant təsir edir. Diabet xəstələri də istifadə edə bilər, şəkəri çox deyil. Soyuqdəymədə, iltihaba xeyirlidir.
- Sarıkök - anti iltihabi təsir edir. Amma keyfiyyətli sarıkök qara istiotla bir yerdə qəbul olunmalıdır. Bu təsiri 17 qat artırır.
- Hər gecə bir qaşıq alma sirkəsi suda həll edib, içə bilərsiz. Mədə-bağırsağa yaxşı təsir edir. Virusa bir o qədər yox.