Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada koronavirusdan ölənlərin sayı 21,3 min nəfəri keçib

Fransada koronavirusdan ölənlərin sayı 21,3 min nəfəri keçib

Tarix: 23 Aprel 2020 01:32

Bakı. Trend:

Fransada epidemiya başlayandan bəri koronavirus ilə yoluxandan sonra ölənlərin sayı 21 340 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə brifinqdə Fransa Baş Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon deyib.

Bildirilib ki, epidemiya başlayandan bəri 13236 nəfər xəstəxanalarda öldü, bunların 80% -i 75 yaşdan yuxarı insanlardır, qocalar evlərində və digər tibb və sosial müəssisələrdə ölənlərin sayı 8104 təşkil edib:

"Fransada epidemiya başlayandan bəri ümumilikdə 21,340 nəfər vəfat edib".

Beləliklə, 24 saat ərzində Fransada 544 nəfər ölüb.

J.Salomon sutka ərzində 1619 nəfərin xəstəxanaya yerləşdirildiyini, 29 741 xəstənin xəstəxanalarda, bunun 5218-nin reanimasiyada olduğunu bildirdi. Baş direktor vurğulayıb ki, ölkədəki xəstəxanalardakı xəstələrin sayında azalma müşahidə olunur.


Etiketlər:  Fransada koronavirusdan ölənlərin sayı nəfəri keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ