Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Podolski tanınmış idmançı ilə güləşəcək

Podolski tanınmış idmançı ilə güləşəcək

Tarix: 23 Aprel 2020 02:06

Türkiyənin “Antalyaspor” klubunun futbolçusu Lukas Podolski güləşdə də qüvvəsini sınayacaq.

Qol.az xəbər verir ki, Polşa əsilli alman hücumçu yağlı güləşin baş pəhləvanı Ali Gürbüzlə qarşılaşacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bunu klubun mətbuat xidmətinin rəhbəri Murad Süylün yerli mətbuata açıqlamasında bildrib. O, bu ideyanın “Antalyaspor”un prezidenti Ali Şafak Öztürkdən gəldiyini deyib. 

Duelin koronavirus pandemiyası başa çatdıqdan sonra baş tutacağı bildirilib.

Qeyd edək ki, “Antalyaspor”dan əvvəl Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən Podolski sözügedən ölkədə sumo güləşi ilə də məşğul olub.

 


Etiketlər:  Podolski tanınmış idmançı ilə güləşəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ