Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ-nin əsas hədəfi - Mbappe...

PSJ-nin əsas hədəfi - Mbappe...

Tarix: 23 Aprel 2020 11:34

PSJ-nin növbəti transfer pəncərəsində əsas hədəfi Kilian Mbappe ilə yeni müqavilə imzalamaq olacaq.

Qol.az xəbər verir ki, bu barədə ESPN yazıb. Bildirilib ki, hazırda koronavirus səbəbindən fransalı hücumçu ilə danışıqlar dayandırılıb. Paris təmsilçisi "Real"ın maraqlandığı 21 yaşlı oyunçunu komandada saxlamaqda israrlıdır. PSJ-nin koronavirusla bağlı fasilə bitdikdən sonra onunla danışıqları bərpa edəcəyi vurğulanıb.

Paris klubunun Kilianla yeni müqavilə imzalayacağına əmin olduğu bildirilib.

Qeyd edək ki, Mbappe bu mövsüm 33 matçda 30 qol vurub, 17 qolun ötürməsini verib.

 


Etiketlər:  əsas hədəfi Mbappe


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ