Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 11:40
Türkiyənin "Antalyaspor" klubunun futbolçusu Lukas Podolski güləşdə də qüvvəsini sınayacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Polşa əsilli alman hücumçu yağlı güləşin baş pəhləvanı Ali Gürbüzlə qarşılaşacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bunu klubun mətbuat xidmətinin rəhbəri Murad Süylün yerli mətbuata açıqlamasında bildrib. O, bu ideyanın "Antalyaspor"un prezidenti Ali Şafak Öztürkdən gəldiyini deyib.
Duelin koronavirus pandemiyası başa çatdıqdan sonra baş tutacağı bildirilib.
Qeyd edək ki, "Antalyaspor"dan əvvəl Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Podolski sözügedən ölkədə sumo güləşi ilə də məşğul olub.