Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 18:56
Paraqvayın 1-ci liqa təmsilçilərindən olan "Olimpia"nın şərəfini qoruyan Emmanuel Adebayor koronavirusla mübarizədə yardım etmədiyi üçün tənqidlərə münasibət bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, toqolu məşhur hücumçu "Feysbuk"da canlı yayımda koronavirusa mübarizə kampaniyasına qoşulmayacağını deyib:
"Məni Eto'O və Droqba ilə müqayisə edib indiyə kimi niyə yardım etmədiyimi soruşanlara görə təəssüflənirəm. Mən onlar deyiləm. Mən Emmanuel Adebayoram və hər zaman istədiyimi edəcəm. Toqoda yardım aksiyasına qoşulmadığım üçün məni tənqid edən insanlar var. Bəziləri Toqoya virusu mənim gətirdiyimi düşünürlər. Amma ölkəyə koronavirusu mən gətirməmişəm, yardım etməyəcəyəm".