Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 22:44
Alibaba bulud texnologiyasına 28 milyard dollar miqdarında investisiya yatırmaq niyyətindədir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Çinin onlayn ticarət nəhəngi Alibaba, yaxın üç il ərzində bulud xidmətləri bölməsinə 28.2 milyard dollar sərmayə yatırmağı planlaşdırır.
Şirkətdən yayılan açıqlamada, vəsaitin yarımkeçiricilərin və əməliyyat sistemlərinin inkişafına, eyni zamanda data mərkəzi üçün infrastrukturun yaradılmasına ayırıldığı bildirilib.
""COVID-19" pandemiyası sektordaxili iqtisadiyyatda əlavə stress yaratdı, eyni zamanda rəqəmsal iqtisadiyyata xüsusi diqqət yetirməyimizə məcbur etdi", - deyə "Alibaba Cloud Intelligence"in prezidenti Jeff Çan qeyd edib.
Alibaba, Çində bazar payına görə ən böyük bulud hesablayıcısıdır. O, beynəlxalq şöhrətinə baxmayaraq hələ də Amazon ilə Microsoft-u qabaqlaya bilməyib. Şirkət rəhbərliyinin fikrincə, bu mühüm yatırım həmin məsələyə müsbət təsir göstərəcək.