Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin 7 faizi dövlət büdcəsinə köçürüləcək

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin 7 faizi dövlət büdcəsinə köçürüləcək

Tarix: 24 Aprel 2020 17:27

Bakı. Elçin Mehdiyev – Trend:

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı tətbiq edilən cərimələrin 7%-i dövlət büdcəsinə köçürüləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, təkilf edilən dəyişikliyə əsasən, yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlərin 7%-i dövlət büdcəsinə köçürüləcək.

Dəyişiklik səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.


Etiketlər:  hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin faizi dövlət büdcəsinə köçürüləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ