Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

MIUI 12-ni ilk əldə edəcək Xiaomi və Redmi smartfonları

MIUI 12-ni ilk əldə edəcək Xiaomi və Redmi smartfonları

Tarix: 25 Aprel 2020 08:56

Xiaomishka ləqəbli məşhur insayder MIUI 12 istifadəçi interfeysini ilk əldə edəcək Xiaomi və Redmi smartfonlarının əks olunduğu əsl siyahını təqdim edib. Təbii ki, MIUI 12-ni bu siyahıda olmayan digər Xiaomi və Redmi  smartfonları da əldə edəcəklər. Lakin həmin modellər MIUI 12-yə kimi bir qədər gec yenilənəcəklər. Beləliklə Xiaomishka tərəfindən təqdim edilmiş siyahı belədir:

- Xiaomi: Mi 10, Mi 10 Pro, Mi 10 Youth Edition, Mi 9 Pro, Mi 9, Mi 9 SE, Mi 8 Explorer Edition, Mi 8, Mi CC9 Pro, Mi CC9, Mi CC9e, Mi Mix 3, Mi Mix 2S.

- Redmi: K30 Pro, K30, K20 Pro, K20, Note 8 Pro, Note 8, Note 7 Pro, Note 7, Redmi 8, Redmi 8A, Redmi 7, Redmi 7A.

Qeyd etmək lazımdır ki, MIUI 12 istifadəçi interfeysi 27 aprel tarixində təqdim olunacaq.

Milli.Az


Etiketlər:  MIUI 12 ni ilk əldə edəcək Xiaomi Redmi smartfonları


RƏYLƏR