Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyalı futbolçu Neymarı tənqid etdi: ''O, lider deyil''

Braziliyalı futbolçu Neymarı tənqid etdi: ''O, lider deyil''

Tarix: 25 Aprel 2020 14:10

"Lion"un müdafiəçisi Rafael Pereyra da Silva həmyerlisi, PSJ-nin hücumçusu Neymarı tənqid edib.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, Rafael braziliyalı futbolçunun dəyişməli olduğunu bildirib:

"Təbii ki, Neymar Braziliya millisinə lazımdı. Bu, faktdı. Amma o, meydandan kənarda özünü inkişaf etdirməlidi. Bu, futbolçular üçün, həqiqətən də, vacib amildi. Ümid edirəm ki, Neymar bunu bacaracaq. Ondan sonra Braziliyanın dünya çempionu olmaq şansları əhəmiyyətli dərəcədə artacaq.

Məsələyə təkcə futbol nöqteyi-nəzərdən yanaşsaq, Neymar dünyanın ən yaxşı oyunçusudu. Amma o, lider deyil. Yaxşı oynamaq üçün qeyd etdiyim məsələlərin önəmli olmadığını düşünməyə davam edə bilər. Lakin bu heç də onun fikirləşdiyi kimi deyil. Futbol hər oyunçunun həyatında prioritet olmalıdı. Bu idman növü müxtəlif detallarla zəngindi.

Onunla birlikdə oynamışam və kənardan gələn məsləhətlərə qulaq asmadığını bilirəm. Bəziləri üçün xoş olmasa da, mən həqiqəti deyirəm. Neymar deyilənlərdən nəticə çıxarsa, Braziliyanı dayandırmaq çox çətin olacaq".


Etiketlər:  Braziliyalı futbolçu Neymarı tənqid etdi lider deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ