Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mikayıl Cabbarov: Növbəti günlər ərzində sahibkarlar üçün vergi güzəştlərinin qəbulu gözlənilir

Mikayıl Cabbarov: Növbəti günlər ərzində sahibkarlar üçün vergi güzəştlərinin qəbulu gözlənilir

Tarix: 25 Aprel 2020 17:16

Bakı. İlhamə İsabalayeva – Trend:

Koronavirusdan zərər çəkən sahibkarları üçün vergi güzəştləri, sosial sığıorta ödənişləri sahəsində olan paket Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilir. Növbəti günlər ərzində onun qəbulu gözlənilir.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, koronavrusla mübarizə üçün ianələr verən sahibkarlara təşkkür edən nazir əlavə edib ki, ölkəmizdə koronavirusla mübarizə sahəsində vaxtında qabaqlayıcı tədbirlər həyata keçirilib:

“Çox ümid etmək istəyirəm ki, karantin qaydalarının yumlaşdılması davamlı olacaq. Başlıca mesajimız ondan ibarətdir ki, yeni iqtisadi həyat tərzinə öyrəşməliyik. Bunun əsas səbəbi odur ki, bu gün mövcud olan elmi məlumata görə, pandemiyanın müddətini proqnozlaşdırmaq mümkün deyil. Onun nə zamana qədər uzanacağı insanların qaydalara nə dərəcədə əməl etməsindən asılıdır. Sahibkarların biznesinin nə dərəcədə uğurlu olması da onnların yeni qaydaları necə tətbiq etməsindən asılıdır”.

M.Cabbarov əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən sahibkarlara əhəmiyyətli dövlət dəstəyi təmin edilib. Bütün addımlar atıldı ki, iqtisadiyyatın strukturu qorunsun, məşğulluğun azalmasına yol verilməsin, Azərbaycan iqtisadiyatı öz rəqabətliyini qoruya bilsin”.


Etiketlər:  Mikayıl Cabbarov Növbəti günlər ərzində sahibkarlar üçün vergi güzəştlərinin qəbulu gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ