Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəstək proqramının təqdim edilməsinin əsas məqsədlərindən biri məşğulluğun qorunmasıdır

Dəstək proqramının təqdim edilməsinin əsas məqsədlərindən biri məşğulluğun qorunmasıdır

Tarix: 25 Aprel 2020 17:48

Bakı. İlhamə İsabalayeva – Trend:

Dəstək proqramının təqdim edilməsinin əsas məqsədlərindən biri də məhz məşğulluğun qorunması ilə bağlıdır.

Maliyyə dəstəyinin verildiyi ilk gündən İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar bu istiqamət üzrə fəaliyyət göstərir və nəzarət tədbirlərini həyata keçirir.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət tərəfindən sahibkarla verilən kompensasiyaların işçilərə ödənilib-ödənilməməsi məsələsinə münasibət bildirərkən deyib .

Onun sözlərinə görə, bu proses davamlı olacaq: “Əminəm ki, istədiyimiz effektə nail olacayıq”.

Çap mediasına dövlət dəstəyinin nəzərdə tutulub-tutulması ilə bağlı məsələyə münasibət bildirən Natiq Şirinov qeyd edib ki, pandemiyadan zərər çəkən müəssisələr sırasına poliqrafiya və çap sahələri də daxil edilib:

“Dövlət dəstəyi almaq üçün onlar sistemə müraciət etməlidirlər. Müraciətə çox qısa müddətə baxılacaq və təhlil apardıqdan sonra maliyyələşmə aparılır”.


Etiketlər:  Dəstək proqramının təqdim edilməsinin əsas məqsədlərindən biri məşğulluğun qorunmasıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ