Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 22:12
Xiaomi şirkətinin daha bir qatlana bilən telefonun istehsalı üzərində işlədiyi bildirilir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, sızdırılan yeni məlumatlara görə, Xiaomi Samsung Galaxy Z Flipp modelinə bənzəyən bir telefon üzərində çalışır. Yeni modeldə Samsung-da olmayan xüsusiyyətlər də yer alacaq. Bir müddət öncə Xiaomi-nin qatlanabilən telefon modelləri üçün patent alması barədə məlumatlar yayılmışdı. Amma bu zaman göstərilən model Motorola Razr telefonuna bənzəyirdi. Modelin dizaynının Samsung-a oxşar formada dəyişməsi şirkətin yeni, ikinci bir patent aldığını sübut edir.
Yeni modellərin bu ilin son 6 ayında təqdim edilməsi gözlənilir.