Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Chrome istifadəçiləri TƏHLÜKƏDƏDİR

Chrome istifadəçiləri TƏHLÜKƏDƏDİR

Tarix: 25 Aprel 2020 23:24

"Chrome 81"də kritik boşluq aşkarlanıb.

Google şirkətinin mütəxəssisləri "Chrome 81" brauzerinin final versiyası üçün kifayət qədər zaman ayırsalar da, bütün səhvləri aradan qaldıra bilməyiblər. Artıq bir neçə gündür ki, şirkət nümayəndələri "Chrome 81" brauzerində kritik "0" day boşluğunun aşkarlandığını bildirirlər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Google şirkətinin əməkdaşları sözügedən boşluğu aradan qaldırmaq üçün "81.0.4044.113" adlı yenilənməni tətbiq edir.

"Bütün istifadəçilərə "81.0.4044.113" adlı yenilənməni tətbiq etməyə təkid edirik. Əks təqdirdə onlar fərdi məlumatları ilə bağlı potensial təhlükədən qaça bilməyəcəklər",- deyə şirkətin məlumatında qeyd olunur.

Hələ ki, aşkarlanmış boşluğun hansı problemləri yaratması ilə bağlı ətraflı informasiya verilmir. Bəzi məlumatlara görə təhlükə səs tanıma sistemi ilə bağlıdır.

Qeyd edək ki, "Chrome 81" brauzerini əvvəlcə mart ayının 17-də istifadəyə verilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyasına görə, istifadə tarixi təxirə salındı.

Yeni versiyada iki əsas məqam var: WebXR (genişlənmiş reallıq texnologiyası) üçün təkmilləşdirilmiş dəstək və Web NFC standartı üçün ilkin dəstək. Digər vacib yeniliklər də planlaşdırıldı. Digər yeniliklər brauzerin növbəti versiyasına qədər təxirə salınıb.


Etiketlər:  Chrome istifadəçiləri TƏHLÜKƏDƏDİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ