Tarix: 22 Aprel 2019 14:00
PSJ-nin hücumçusu Kilian Mbappe "Real"a keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.Qol.az xəbər verir ki, 20 yaşlı futbolçu "canal+"ə açıqlamasında Paris klubundan ayrılmaq istəmədiyini deyib: "Parisdə qalacam. Zidanı qaytardığı üçün "Real"a görə şadam. Ancaq onun işini bir azarkeş kimi izləyəcəm".
Qeyd edək ki, gənc forvard Fransa Liqasında 30 qolla bombardirlər yarışına başçılıq edir.