Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 22:18
Mədəniyyət Nazirliyi və "Mədəniyyət" kanalı tərəfindən birgə reallaşdırılan "Bizi birləşdirən mədəniyyət" layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzində (BMM) növbəti canlı konsert proqramı təqdim edilib.
Muğam Mərkəzindən Sonxeber.net-a verilən məlumata görə, proqramın budəfəki qonaqları xalq artisti Nurəddin Mehdixanlı və əməkdar artist Aybəniz Haşımova olub.
Nurəddin Mehdixanlı karantin günlərində xalqımızın birliyindən, Prezident İlham Əliyevin vaxtında verdiyi düzgün qərarların müsbət nəticələrindən danışıb, həmçinin çalışdığı Akademik Milli Dram Teatrda hazırlanan yeni tamaşalarda rolları haqqında məlumat verib.
Keçdiyi sənət yolundan, sosial izolyasiya günlərindəki fəaliyyətindən söhbət açan Aybəniz Haşımova vaxtilə çalışdığı "Dan ulduzu" instrumental ansamblı ilə bağlı xatirələrini bölüşüb.
Proqramın hər iki qonağı yaradılan şəraitə görə layihənin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, "Bizi birləşdirən mədəniyyət" layihəsi çərçivəsində təşkil olunan proqramlar həftənin üç günü "Mədəniyyət" kanalı ilə canlı olaraq yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM-nin "Facebook" səhifəsindən də təqdim edilir.