Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu tarixədək sosial müavinətləri istənilən bankomatdan rüsum tutulmadan çıxarmaq olacaq

Bu tarixədək sosial müavinətləri istənilən bankomatdan rüsum tutulmadan çıxarmaq olacaq

Tarix: 27 Aprel 2020 12:39

Bakı. İlhamə İsabalayeva - Trend:

Karantin rejimi mayın 4-də bitsə belə, pensiya, müavinət, sosial yardım, təqaüd alanlar bu vəsaitlərini may ayında da istənilən bankomatdan rüsum tutulmadan çıxara biləcəklər.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

O deyib ki, ünvanlı dövlət yardımların ödənişi aprelin 28-də keçiriləcək. Məqsəd cari ay ərzində müraciət etmiş bütün ailələrin bu ay ərzində sosial yardımları almasına kömək etməkdir:

"Vətəndaşları bankomatlar qarşısında sıxlıqdan qorumaq məqsədilə istənilən bankomatdan pensiya, müavinət, sosial yardım, təqaüdü heç bir rüsum tutulmadan almaq üçün şərait yaradılıb. Bu halda onlar bütün vəsaitlərini tam şəkildə alacaqlar. Bununla bağlı razılıq xüsusi karantin rejiminin tətbiq edildiyi müddətə aiddir. Karantin rejimi mayın 4-də bitsə belə, bu, may ayında da qüvvədə olacaq. Bununla biz yenə də vətəndaşlarımızı virusa yoluxmadan qoruyuruq".


Etiketlər:  tarixədək sosial müavinətləri istənilən bankomatdan rüsum tutulmadan çıxarmaq olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ