Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 13:02
Mədəniyyət Nazirliyi və "Mədəniyyət" kanalı tərəfindən birgə "Bizi birləşdirən mədəniyyət" layihəsi çərçivəsində aprelin 25-də Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı konsert proqramı təqdim olunub.
Konsertin bu dəfəki qonaqları Xalq artisti Nurəddin Mehdixanlı və Əməkdar artist Aybəniz Haşımova olub.
Xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, karantin günlərində ölkəmiz bir olmağı bacardı və bu ölkə rəhbəri, Prezident İlham Əliyevin vaxtında verdiyi düzgün qərarlaın nəticəsi idi. Biz də öz növbəmizdə bir olmağı, ümid verməyi bacarmalıyıq. Aktyor həmçinin çalışdığı Akademik Milli Dram Teatrda hazırlanan yeni tamaşalarda rolları haqqında məlumat verib.
Aybəniz Haşımova keçdiyi sənət yolu , sosial izolyasiya günlərindəki fəaliyyəti ilə bağlı danışıb. Vaxtilə çalışdığı "Dan ulduzu" instrumental ansamblı ilə bağlı xatirələrini bölüşüb.
Verilişin hər iki qonağı yaradılan şəraitə görə layihənin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, "Bizi birləşdirən mədəniyyət" layihəsinin çəkilişləri həftənin üç günü "Mədəniyyət" kanalı ilə canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar eyni zamanda BMM -nin "Facebook" səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.