Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 20:20
Bakı. Trend:
"Barcelona" Mark-Andre Ter Ştegenlə danışıqları dayandırıb.
Trend-in məlumatına görə, Kataloniya klubunun rəhbərliyi koronavirusla bağlı vəziyyətə görə belə addım atmağa məcbur qalıb. Lakin tərəflər yeni müqavilə ilə əlaqədar danışıqları gələcəkdə davam etdirməyə razılaşıblar.
Bir müddət əvvəl "Barcelona" rəhbərliyi 27 yaşlı qapıçıya yeni müqavilə təklif etsə də, almaniyalı futbolçu məvaciblə bağlı narazılığını bildirmişdi. Klub onun illik məvacibinin 6,5 milyon avroya qaldırılacağını desə də Mark-Andre razılaşmamışdı.
Qeyd edək ki, Ter-Ştegenin "Barcelona" ilə müqavilə müddəti 2022-ci ilin iyununda başa çatır.