Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Apple” şirkəti “MacBook” üçün öz prosessorları üzərində işləyir

“Apple” şirkəti “MacBook” üçün öz prosessorları üzərində işləyir

Tarix: 28 Aprel 2020 08:12

"Apple" şirkəti "Mac" kompüterlərində istifadə edilən "Intel" korporasiyasının çiplərini əvəz etmək üçün öz prosessorları üzərində işləyir. Bu haqda "Bloomberg" yazıb.

"Apple" şirkəti "MacBook" üçün öz prosessorları üzərində işləyir"Apple" şirkəti növbəti "iPhone" modellərində istifadə ediləcək "A14" çipi əsasında "Mac" kompüterləri üçün 3 prosessorun hazırlanması ilə məşğuldur. "Apple" öz prosessoru ilə təchiz edilmiş ilk kompüterləri artıq 2021-ci ildə təqdim edəcək.

Yeni prosessorlar "Apple"ın tərəfdaşı olan Tayvanın "Semiconductor Manufacturing" şirkəti tərəfindən yığılacaq.

"Apple" öz yeni çipləri sayəsində şəxsi qurğularının məhsuldarlığı üzərində daha böyük nəzarət, həmçinin digər kompüter istehsalçıları qarşısında üstünlük əldə etmək niyyətindədir.

"Apple" nümayəndələri bu informasiya ilə bağlı şərh verməkdən imtina ediblər.


Etiketlər:  Apple şirkəti MacBook üçün prosessorları üzərində işləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ