Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 11:56
Bu ilin mart ayında Azərbaycana gələn əcnəbilərin bank kartları ilə xərclədiyi pulların məbləği açıqlanıb.
Sonxeber.net xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, mart aydında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 53,9 milyon manat təşkil edib.
Ümumilikdə isə 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 212 milyon manat təşkil edib.